!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sərhədlər bu sənədə uyğun müəyyən oluna bilər" – POLİTOLOQ

!Reklam – Yazi

“Əslində, Azərbaycan və Ermənistan arasında razılıq bundan ibarətdir ki, sərhədlər Almatı bəyannaməsinə uyğun olaraq delimitasiya və demarkasiya olunmalıdır. Almatı bəyannaməsində də qeyd olunub ki, SSRİ dağılan zaman sərhədlər necə idisə, demarkasiya da belə həyata keçirilməlidir. Buradan da aydın olur ki, hansı kənd kimə düşür. Ona görə də buna uyğun delimitasiya və demarkasiya həyata keçirilməlidir”.

Bu haqda Yenicag.az-a Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı deyib.

 

Analitik 4 kəndin geri qaytarılmasından sonra delimitasiya prosesinin başlamasından, erməni kəndlilərin etirazından və prosesdə yarana biləcək problemlərdən söz açıb.

“O ki qaldı erməni kəndlilərin etirazlarına, bu, başa düşüləndir. Lakin bunlar Ermənistan rəhbərliyinə aid olan bir məsələdir və öz daxillərində həll etməlidirlər. Onlar insanlara başa salmalıdırlar ki, məsələ nədir və ona uyğun hərəkət etmək lazımdır”, – deyə o, əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, əgər bir tərəf sülh istəyirsə, digəri isə bundan yayınırsa, bu, təbii ki, problem yaradacaq:

“Ona görə də, ilk növbədə, iradə olmalı; ikincisi, fikirlər üst-üstə düşməli; üçüncüsü isə müəyyən prinsiplər olmalıdır. Prinsiplər də aydındır: 1991-ci il Almatı bəyannaməsi və ona uyğun delimitasiya və demarkasiya prosesinin aparılması”.

“Təbii ki, bunları tədricən həyata keçirmək olar. Doğrudur, demarkasiya uzun vaxt aparan və çətin işdir, amma ən azından, delimitasiya başlamalıdır ki, kağızda kimin torpağının harada başlayıb, harada bitdiyi bilinsin. Tərəflər bunu razılaşdırmalıdır. Lakin ermənilərin yerdə qalan 4 kəndi boşaltması, eləcə də Başkənd məsələsinin yerində həll olması müəyyən zaman ala bilər. Yəni tərəflər bunu razılaşdırmalıdır ki, mərhələli şəkildə bu işi görsünlər.

Birinci, bu məsələlərdən başlamaq lazımdır ki, növbəti etapda problemli olmayan məsələlərin delimitasiyasına keçək.

Qısacası, əgər iradə varsa və tərəflər sülh istəyirsə, burada problem olmayacaq. Hətta bölgədə müharibə istəyən üçüncü qüvvələrə baxmayaraq, hər iki tərəf iradə göstərsə, problem daha rahat həll olunacaq”, – o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv