Sərhədlərin açılmasının 2024-cü il GÖZLƏNTİSİ: “Səbrli olmaq və dövlətin bu qərarına…”

“Dünyada kifayət qədər mürəkkəb proseslər cərəyan edir və onların hansı sonluqla nəticələnəcəyi tam məlum deyil”.

Bu fikirləri Azərbaycannın quru sərhədlərinin qarşıdan gələn 2024-cu ildə açılması ehtimalı barədə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, zamanı gəldikdə, dövlət quru sərhədlərinin açılması ilə bağlı qərar verəcək:

“Quru sərhədlərinin bağlı qalmasının çox ciddi səbəbləri var. Hələ də bir sıra ölkələrdə zaman-zaman pandemiya ilə bağlı narahatlıq müşahidə edilir.

Eyni zamanda, sərhədlərin bağlı qalması sadəcə, pandemiya ilə bağlı deyil, həm də təhlükəsizlik məsələsidir. Dünyada kifayət qədər mürəkkəb proseslər cərəyan edir və onların hansı sonluqla nəticələnəcəyi tam məlum deyil.

Ona görə də insanlar səbrli olmalı və dövlətin bu qərarına hörmətlə yanaşmalıdırlar. Zamanı gəldikdə, dövlət sərhədlərin açılması ilə bağlı müvafiq qərar qəbul edəcək və vətəndaşlara da bu barədə məlumat veriləcək”.

Nuray Məmmədzadə

COP29