Eyforiya-da Fesko obrazı ilə tanınan aktyor Anqus Kloud 25 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə TMZ onun ailəsinə istinadən xəbər verir. Aktyor bir həftə əvvəl çox yaxın dost olduğu atasını dəfn edib və yaxınlarının dediyinə görə, bu itkiyə dözə bilməyib. Lakin onlar oğlanın ölümünün dəqiq səbəbini açıqlamayıblar.
“Bu gün inanılmaz bir insanla vidalaşmalıyıq. Bir sənətçi, dost, qardaş və oğul kimi Anqus hamımız üçün xüsusi olub. Yeganə təsəlli odur ki, Anqus indi onun ən yaxın dostu olan atasına qovuşur. Anqus psixi problemləri ilə bağlı açıq danışırdı. Və ümid edirik ki, onun ölümü başqalarına tək olmadıqlarını və bu problemlərlə səssiz məşğul olmamalı olduqlarını xatırladacaq”, – deyə yaxınları bildirib.
Anqus Kloud məşhur “Eyforiya” serialındakı rolu ilə məşhurlaşıb və burada Fesko adlı narkotik alverçisi rolunu oynayıb. Dəfələrlə qalmaqallara düşüb: ya onu zorlamada ittiham ediblər, ya da qeyri-peşəkarlığına görə danlayıblar. O, eyni zamanda tamaşaçıların qəlbini fəth edə, pərəstişkar ordusunu toplaya bilib.
Məsimə