Seriala inanıb, ona pusqu qurmaq istədilər – Türkiyədə

Türkiyənin məşhur “Diriliş Ertuğrul” serialı bu ölkənin Sivas şəhərində maraqlı hadisəyə səbəb olub.

Yenicag.az xəbər verir ki, sivaslılar serialdakı qəhrəmanlardan biri olan Saadettin Köpek üçün pusqu qurmaq fikrinə düşüblər. Məsələ burasındadır ki, serialın 115-ci bölümündə tarixdə də var olan Saadettin Köpek Sivasa səfər etməyə hazırlaşır. Bunu görən sivaslılar isə ona qarşı pusqu qurmaq istəyiblər. Maraqlıdır ki, onlar hətta Sivas Bələdiyyəsinə müraciət edərək avtobus tələb ediblər.

Serialdakı olayın ciddiyə alındığını görən Sivas Bələdiyyəsi isə məsələ ilə bağlı sosial media hesabından açıqlama yaymaq məcburiyyətində qalıb. Açıqlamada bunlar qeyd olunub: “Dəyərli yiğidolar. “Diriliş Ertuğrul” serialının 115-ci bölümündə Saadettin Köpeyin Sivasa gələcəyi və pusqu qurulması üçün vətəndaşlarımızın bələdiyyə avtobusları ilə Taşlıdərəyə daşınacağı söhbəti doğru deyil. Çılgın sivaslılar, lütfən ssenariyə müdaxilə etməyək”.