Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Serialının yayımı dayanan Elməddin: “Hamısını söyərdim”

“Pandemiya ilə əlaqədar şirkətlərin çoxu ziyana getdiklərinə görə sponsor tapmaq mümkün olmadı”.

Bunu ATV-də yayımlanan “Ailəmiz” serialının yayımının dayandırılması xəbərinə aydınlıq gətirərkən tanınmış aktyor Elməddin Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

Elməddin Cəfərov seriala çəkilən aktyorlar üçün də çətin olduğunu bildirib:

“Əslində, bu komediya insanların üzündə təbəssüm yarada bilirdi, hansı ki, bu gün təbəssümə çox böyük ehtiyac var. Amma maliyyə sıxıntılarımız oldu. ATV telekanalı maksimum dəstək oldu bizə. Amma pandemiya ilə əlaqədar şirkətlərin çoxu ziyana getdiklərinə görə sponsor tapmaq mümkün olmadı. Təbii ki, özümüz də sponsorlara müraciət edirdik, amma vəziyyət bəllidir, şirkətlərin çoxu, dediyim kimi, pandemiya dövründə işləməyib.

6 ay, 1 il keçsin, görək vəziyyət necə olur, ona uyğun yenidən layihələrimizə davam edə bilək. “Ailəmiz”in isə davam edəcəyi barədə indidən bir söz deyə bilmərəm. Onsuz da insanın əli-qolu soyuyub. Çalışırsan-vuruşursan, amma yenə də uğursuzluqla qarşılaşırsan. O qədər problemlər var ki… Aktyor üçün də çətindir, çünki iş dayanıb. Onlar da vəziyyəti görürdülər ki, zərərə gedirik. Buna zərərdə batmaq da demək olmaz, çünki qalxmamışam ki, batam da. Sadəcə olaraq qalxmaq istəyirdim, alınmadı”.

“Maraqlıdır, “Ailəmiz” serialındakı obrazının təbirincə, baş verənlərə Elməddinin münasibəti necə olardı?”

“Pandemiyanı yox e, bu virusu laboratoriyada kəşf edib, həmin alimi böyüdüb, təhsil verən müəllimi, tələbə yoldaşlarına kimi hamısını söyərdim”, – aktyor sualımızı belə cavablandırıb.

Cəvahir

www.yenicag.az

380
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100