Şərif Putinlə görüşdə çətin anlar yaşadı – VİDEO

Pakistanın Baş naziri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Yenicag.az xəbər verir ki, Şəriflə Putinin görüşündə maraqlı anlar yaşanıb.

Belə ki, Pakistanın Baş naziri bir neçə dəfə cəhd etsə də, tərcümə qulaqlığını taxa bilməyib.

Həmin anların görüntüsünü təqdim edirik: