“Şerif” – “Qəbələ” matçını Kiprli hakimlər idarə edəcək

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının “Şerif”lə Moldovada keçirəcəyi UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab görüşünə təyinatlar açıqlanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma kiprli hakimlər briqadasına həvalə olunub.

Baş hakim Kristofi Timofeosa Savva Giorqos və Andreas Mixalidis yan xətt hakimləri kimi kömək edəcək. Moldovalı İon Orlik dördüncü hakim, Vladimir Antonov hakim-inspektor funksiyasını yerinə yetirəcək. Türkiyəli Ayşe İdil Cem isə UEFA nümayəndəsi olacaq.

Oktyabrın 24-də Tiraspolda “Şerif” İdman Kompleksinin kiçik arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk oyun heç-heçə ilə yekunlaşıb – 1:1. /Report/

COP29