Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Şerif" təhlükəli komandadır" - Qurban Qurbanov  

Reklam: High Technic

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah III təsnifat mərhələsinin cavab matçında “Şerif”in qonağı olacaq.

Yenicag.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransına qatılan ağdamlıların baş məşqçisi Qurban Qurbanov vacib qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm. Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”

Yenicag.az

www.yenicag.az

445
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM