Serj Sarkisyandan sülh xahişi: “Kompromislərə hazırıq”-Foto, Yenilənir

img2046526Ermənistan hərbi əməliyyatların dayandırılmasını istəyir.

Musavat.com RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarksiyan deyib.

Serj Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Amma o deyib ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır.
Ermənistan prezidenti onu da bəyan edib ki, Ermənistan Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında kompromislərə hazırdır.