Serj Sarqsyan koronavirusa yoluxdu

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan koronavirusa yoluxub.

Yenicag.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə S.Sarkisyanın ofisindən məlumat verilib. Bildirilib ki, keçmiş Ermənistan prezidenti COVID-19-a yoluxub və 17 yanvardan karantindədir.

Qeyd edək ki, bir müddət öncə Serj Sarkisyanın arvadı Rita Sarkisyan koronavirusdan ölmüşdü.

COP29