Aleksandr Sərkisyan polis tərəfindən saxlanılıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəhbəri Aşot Aqaronyan bildirib.
Verilən məlumata görə,A.Sərkisyan qanunsuz silah saxlamaqda ittiham olunur.
Qeyd edək ki, Aleksandr Ermənistanın keçmiş prezidenti və Baş naziri Serj Sərkisyanın qardaşıdır.