!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərkisyanın "Lotu Quli" ilə bağlı planı ifşa olundu: Restorana basqın - VİDEO

!Reklam – Yazi

İspaniya polisi Marbelye şəhərində yerləşən restoranların birinə əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, əməliyyat zamanı kriminal aləmin bir neçə üzvü saxlanılıb.

Bunlar arasında erməni “qanuni oğru”, “Artyom Saratovski” (Artyom Sərkisyan), “Çia” ləqəbli Laşa Barateli və İrakli Pipiya (İki Suxumski) da olub.

Onların bir araya gəlməsinə səbəb azərbaycanlı “qanuni oğru” Nadir Səlifova qarşı plan qurmaq olub. Adıçəkilən şəxslər 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olublar. Onlara gürcü kriminal avtoritet “Merab Suxumski” ləqəbli Merab Canqvelazde tapşırıq verib.

Məsələ burasındadır ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra nüfuz dairəsini genişləndirib. “Lotu Quli” İspaniyada da nəzarəti ələ keçirmək niyyətində olub və bu səbəbdən sözügedən ölkəyə öz adamını göndərib. Tutulan şəxslər isə Səlifova mane olmağa çalışıblar. Onlar buna görə də, “Lotu Quli”nin İspaniyaya göndərdiyi adamı aradan götürmək istəyiblər. Lakin onların bu cəhdi uğursuz alınıb.

www.yenicag.az

3047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv