Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı yeni ittiham irəli sürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat verib.
Məlumata görə, İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sərkisyana qarşı külli miqdarda mənimsəmə, külli miqdarda çirkli pulların yuyulması və yardım göstərmə ittihamı irəli sürülüb.
Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub./axar.az