!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərkisyanın təzə naziri rasistdir

!Reklam – Yazi

108818_res_01“Ermənistanın yeni ədliyyə naziri rasistdir”.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu qiymətləndirməni ermənilər özləri facebook sosial şəbəkəsində veriblər. Səbəb nazir, hakim Respublika Partiyasının üzvü Arpine Ovanisyanın “İravnuk” qəzetinin baş redaktoru Ovanes Qalacyanın şərhini “like” etməsidir.

Belə ki, sentyabrın 2-də nazir Ovanisyan özünün facebook səhifəsində tert.am saytına verdiyi müsahibəni yerləşdirib. Həmin müsahibədə nazir Azərbaycanda jurnalist Xədicə İsmayılovaya çıxarılmış məhkəmə hökmünü pisləyir.

Müsahibədə deyilir ki, erməni nümayəndə heyəti AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınması məsələsini qaldıracaq.

Ovanis Qalacyan isə bu müsahibəyə aşağıdakı şərhi yazıb: “Bir halda ki türk sırf bioloji baxımdan insan ola bilməz, hansı insan haqlarından söhbət gedə bilər?”

Nazir Ovanisyan isə baş nazirin bu irqçi şərhini “like” edib, yəni bəyəndiyini bildirib.

Nazirin bu “like”ni tənqid edən facebook istifadəçisi Ovanis İşxanyan ona belə sual ünvanlayıb: “Hörmətli Arpine Ovanisyan, xahiş edirəm Ovanes Qalacyanın şərhini “like” etməyinizi aydınlaşdırasınız. Siz də hesab edirsiniz ki, türk insan ola bilməz? Əgər belədirsə, deyə bilərsinizmi, daha hansı milləti və ya qrupları insan hesab etmirsiniz?”

Arpine Ovanisyan Serj Sərkisyanın fərmanı ilə sentyabrın 4-də nazir təyin edilib. Buna qədər o, hakim partiyadan deputat olub.

Virtualaz.org

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv