Misirdə sərnişin avtobusu qəzaya uğrayıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 yerli sakin ölüb, daha 23-ü isə yaralanıb.
Qeyd olunur ki, avtobus sürücüsü idarəetməni itirib və avtobus sürətli avtomobil yolunda aşıb. Yaralıları çıxarmaq və yolu kəsən avtobusu kənara çəkmək üçün polis magistralı bağlamağa məcbur olub.