Sərnişin avtobusu aşdı: 6 ölü, 44 yaralı – VİDEO

Türkiyədə sərnişin avtobusu aşıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yol qəzası Ankara və Aksaray arasındakı avtomobil yolunda baş verib.

Avtobusun aşması nəticəsində 1-i uşaq olmaqla 6 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər briqadası cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Yaralılardan 6-sının vəziyyətinin ağır olduğu bildirilib.