Sərnişin avtobusu aşdı: 6 ölü, 45 yaralı

Çilinin Araukaniya regionunda sərnişin avtobusu aşıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb, 45-ə yaxın sərnişin yaralanıb.

İlkin məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxıb və aşıb.

Yaralananlar xəstəxanaya çatdırılıb.