Türkiyədə sərnişin avtobusu su kanalına aşıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Afon-Karahisar vilayətində baş verən qəza nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Xəsarət alanların Türkiyə vətəndaşları olduğu bildirilib.
Qəzanın baş vermə səbəbləri açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.