Bolqarıstanda ağır yol qəzası baş verib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, minik avtomobili sərnişin avtobusuna çırpılıb. Bu zaman avtobusun sürücüsü idarəetməni itirərək avtobusu yolun kənarına aşırıb.
Qəza nəticəsində 6 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Ölənlər arasında bir nəfər azyaşlının olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanıb.