Sərnişin avtobusu çaya düşdü – 36 ölü

Hindistanın şimal-şərqində sərnişin avtobusu çaya düşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 36 nəfər ölüb. Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Karimpur-Malda marşrutu üzrə hərəkət edən avtobusda bütövlükdə 56 nəfər olub.

İlkin ehtimala görə, qəzaya qeyri-sabit hava şəraiti səbəb olub.