Türkiyənin İstanbul şəhərində avtobus sürücüsü əvvəlcə dayanacaqda gözləyənləri əzməyə çalışıb, daha sonra isə aşağı enərək 3 nəfəri bıçaqlayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, əsəb gərginliyi yaşayan avtobus sürücüsü qorxulu anlara səbəb olub. Beşiktaş meydanında dayanacaqda duran vətəndaşları vurmağa çalışan sürücü əvvəlcə 9 nəfəri yaralayıb. Bununla kifayətlənməyən avtobus sürücüsü aşağı enərək daha 3 nəfəri bıçaqlayıb və özünü dənizə atıb. Polis onu sudan çıxararaq bölməyə aparıb.
***
19:28
Türkiyənin İstanbul şəhərində sürücü avtobusu dayanacaqdakı insanların üzərinə sürüb.
Yenicag.az xəbər verir ki, hadisə İstanbulun Beşiktaş meydanında baş verib. Məlumata görə, hadisə zamanı 9 nəfər yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma açılıb. Sürücünün hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.