Sərnişin avtobusu ilə yük maşını toqquşdu – 19 ölü

Nigeriyada sərnişin avtobusu ilə yük maşını toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 19 nəfər ölüb. Qəza ölkənin cənubunda yerləşən Edo ştatında baş verib. Həlak olanlardan beşinin uşaq olduğu bildirilir.

Sərnişin avtobusunda 24 sərnişin olub. Digər sərnişinlərin də ağır yaralandığı qeyd olunur.

Yenicag.az