Sərnişin avtobusu qəzaya uğradı: 4 ölü, 37 yaralı

Türkiyənin Aksaray bölgəsində sərnişin avtobusu qəza törədib.

Yenicag.az  “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Adıyamana gəzintiyə gedənləri daşıyan avtobus aşıb.

Avtobusun aşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 37-si isə yaralanıb.

Sürücünün yuxulu olduğu iddia edilir.