Braziliyada ağır yol qəzası baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Parana ştatında qeydə alınıb.
Sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb. Daha 30 nəfərin xəsarət aldığı bildirilir.
Polisin məlumatına görə, hadisəyə minik avtomobilinin ötmə əməliyyatı zamanı səhvə yol verməsi səbəb olub.