Sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralananlar var

Ötən axşam Çinin Şensi əyalətində 36 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza Pekin-Kunmin sürətli magistralındakı tuneldə baş verib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Yerli polis əməkdaşlarının məlumatına görə, Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb.

Yenicag.az

COP29