Pakistanda sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, toqquşma nəticəsində güclü yanğın baş verib.
Hadisə nəticəsində 20 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bildirilib ki, qəzaya avtobus sürücüsünün sükan arxasında yuxuya getməsi səbəb olub.