Sərnişin avtobusu yük maşını ilə toqquşdu – FOTO

Bakıda sərnişin avtobusu yol qəzası törədib.

Yenicag.az məlumat verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin ərazidə hərəkətdə olan 160 saylı marşrut avtobusu yük maşını ilə toqquşub.

Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.