“İctimai nəqliyyat üçün ayrıca zolaq tərtib olunmalıdır”.
Bunu ictimai nəqliyyatda yaşanan insan sıxlığın aradan qaldırılması ilə bağlı təkliflərini bildirən nəqliyyat eksperti Fərhad Eyyubov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, sözügedən məsələ ilə bağlı dəfələrlə müzakirə aparılıb:
“İctimai nəqliyyatın pis işləməsinin çox səbəbi var. Nəqliyyat vasitələrinin nisbətən azlığı, sürücülərin səhlənkarlığı və bunun kimi digər səbəbləri göstərə bilərik. İctimai nəqliyyatın fəaliyyəti zəif olduqda metroda sıxlıq yaşanır.
İctimai nəqliyyatın geniş manevr etmə qabiliyyəti var. Qatarın isə belə üstünlüyü yoxdur. Metro qapalı mühitdir. Metro qapıdan-qapıya işləmir. Metrodan düşən bir çox insan təkrar ictimai nəqliyyatdan istifadə edir.
Sərnişin axınını idarə etməyin üsulları var.
İctimai nəqliyyat üçün ayrıca zolaq tərtib olunmalıdır. Üç hərəkət zolağı varsa, biri ictimai nəqliyyat vasitəsi üçün ayrılmalıdır. İki hərəkət zolağı olan zaman digər nəqliyyat vasitələri tıxac əmələ gətirir.
Məsələnin həll olunması üçün araşdırma aparılıb lazımi təbdir görülməlidir”.
Nəsimi Ələsgərli