Sərnişin dolu avtomobil yandı – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində minik avtomobili yanıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, yol kənarında dayanan maşın qəfildən alışıb. Alov get-gedə bütün maşını bürüyüb. Avtomobilin içərisində olan 3 nəfər isə xəsarət almadan xilas ola biliblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.