Sərnişin mikroavtobusu atəşə tutuldu – Kiyevdə

Ukraynanın paytaxtı Kiyevdə sərnişin mikroavtobusu atəşə tutulub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 23:00 radələrində “Lesnaya” metro stansiyası yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, Kiyev-Brovarı marşrutu ilə hərəkət edən mikroavtobus pnevmatik və yaxud idman tapançasından atəşə tutulduğu ehtimal olunur.