Sərnişin mikroavtobusu piyadanı vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü Ruslan İbrahimzadəni mikroavtobus vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.