Sərnişin öldü, təyyarə təcili eniş etdi

İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib.

Yenicag.az xəbər verir ki, buna səbəb avialaynerdəki sərnişinlərdən birinin halının pisləşməsi olub.

Belə ki, İspaniyanın “Privilege Style” aviaşirkətinə məxsus təyyarə Saraqosadan Sankt-Peterburqa uçarkən sərnişinlərdən birinin səhhəti qəfil pisləşıb.

Sərnişin bayılandan sonra kapitan Vilnüs hava limanına təcili eniş qərarını verib. Burada təyyarəyə çağırılan həkim briqadası xəstənin öldüyünü müəyyənləşdirib.

COP29