Sərnişin qatarı qəzaya uğuradı – 100 yaralı

qatarqezasiABŞ-ın Nyu-Cersi ştatında Hoboken stansiyasında sərnişin qatarı platformaya çırpılıb.

Bu barədə ABC News məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 100-dən çox insan yaralanıb.

Hadisənin baş verdiyi əraziyə çoxsaylı təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Hazırda stansiyada qatarların hərəkəti tamamilə dayandırılıb.