Sərnişin qatarı relslərdən çıxdı

130248_res_01Hollandiyada Amsterdamdan 120 kilometr aralıda yerləşən Dalfsen şəhərinin yaxınlığında sərnişin qatarı əyləcin yüksək sürətlə hərəkət edərkən işə salınması üzündən relslərdən çıxaraq aşıb.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, sərnişinlərdən kimsə qatar sürətlə hərəkət edən zaman “stop-kran”dan istifadə edib və qəza buna görə baş verib.

Xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, bir nəfərin öldüyü bildirilir.