Sərnişin qatarı yandı – 7 ÖLÜ

Pakistanın Sind əyalətində sərnişin qatarı yanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 7 nəfər ölüb.

Yanğının baş verdiyi vaqonda olan ən azı 20 nəfər pəncərələrdən tullanaraq xilas olub.

Yanğının səbəbi hələlik məlum deyil.