Sərnişin qatarı yük avtomobili ilə toqquşdu: ölənlər və yaralananlar var – VİDEO

İtaliyanın şimalında sərnişin qatarının yük avtomobili ilə toqquşub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Turinin şimalındakı Kaluzo şəhərində baş verib. Litva nömrəli yük avtomobili dəmir yoluna çıxıb. Nəticədə qatarla avtomobil toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.