Sərnişin qatarı yük maşını ilə toqquşdu

ABŞ-ın Hyuston şəhəri yaxınlığında (Texas ştatı) “Amtrak” şirkətinə məxsus sərnişin qatarı yük maşınına çırpılıb.

Trend-in məlumatına görə, qəza zamanı qatarın vaqonlarında 71 sərnişin olub və heç kim xəsarət almayıb.

Hazırda qəza baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Qəzanın səbəbi barədə məlumat verilmir.