Bakı metrosunda ölüm hadisəsi baş verib.
Hadisə “Əhmədli” stansiyasında baş verib. Məlumata görə, sərnişin qatarın altında qalıb. Hələlik kimliyi bilinməyən sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda stansiyada enerji verilməsi dayandırılıb.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək(Azvision)