Pakistanda sərnişin qatarında güclü yanğın olub.
Yenicag.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 62 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb.
Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub.
Pakistan dəmiryol naziri Şeyx Rəşid Əhməd bildirib ki, yanğın Kəraçi şəhərindən Ravalpindiyə gedən sərnişin qatarının 3 vaqonunda qeydə alınıb.