!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin təyyarəsi okeana düşdü - TƏFƏRRÜAT/VİDEO

!Reklam – Yazi

Papua-Yeni Qvineyanın “Air Niugini” aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi okeana düşüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Təyyarə Çuuk adasındakı Veno beynəlxalq hava limanının uçuş-enmə zolağından 150 metr aralıda suya düşüb.

Təyyarənin göyərtəsində 11 heyət üzvü  və 36 sərnişin olub. Yaralıların olmadığı bildirilib.

Çuuk hava limanının icraçı direktoru Cimmi Emilionun dediyinə görə, sərinişinlərin hamısı həkim müayinəsindən keçib.

Verilən məlumata əsasən, təyyarə Veno hava limanında yerə enib, lakin pilotlar təyyarəni dayandıra bilməyib və layner uçuş-enmə zolağından çıxaraq okeana düşüb. Təyyarənin uçuş-enmə zolağında dayanması üçün cəmi 160 metrlik məsafəsi çatmayıb.

İlkin məlumatlara görə, qəzaya səbəb mürəkkəb hava şəraiti olub.

Təyyarə Mikroneziya Fkederativ Ştatlarındakı Ponpey şəhərindən Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbiyə uçurmuş.

www.yenicag.az

4916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv