Sərnişin təyyarəsi qəza enişi etdi – Brüsseldə

“Brussels Airlines” aviaşirkətinə məxsus “A319” sərnişin təyyarəsi Belçikanın paytaxtı Brüsselin hava limanında qəza enişi edib.

Yenicag.az xəbər verir ki, təyyarə havada olduğu zaman mühərriklərin birinə quş düşüb və mühərrik sıradan çıxıb. İspaniyanın Las Oalmas-de-Qran-Kanariya şəhərinə uçan təyyarənin kapitanı texniki nasazlığa görə Brüssel hava limanına eniş etmək məcburiyyətində qalıb.

Təyyarədə 150-yə yaxın sərnişin olsa da, onların arasında xəsarət alan olmayıb.