!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin təyyarəsi qəzalı eniş etdi – 20 yaralı

!Reklam – Yazi

Taylandda “Aeroflot” avia şirkətinə məxsus sərnişin təyyarəsi qəzalı eniş edib.

Yeniçağ.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskva-Banqkok reysi ilə hərəkət edən SU-270 təyyarəsi Suvannapum hava limanına yaxınlaşarkən hava burulğanına düşüb. Nəticədə 20-ə yaxın insan xəsarət alıb. Onlardan 12-si Rusiya vətəndaşıdır.

Rusiyanın Taylanddakı səfirliyindən verilən məlumata görə, çox sayda insanın xəsarət almasına səbəb onların təhlükəsizlik kəmərlərini bağlamaması olub. Bütün yaralılar yerli xəstəxanalara çatdırılıblar. Onlar əsasən, sınıq və əziklər olmaqla müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılardan bəziləri əməliyyat olumalıdır.

Yeniçağ.az

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv