Sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var

ABŞ-ın Kaliforniya ştatı yaxınlığındakı “Big Bear City” hava limanı yaxınlığında tək mühərrikli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli ABC7 telekanalı məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 01:00) qəzaya uğrayıb.

Təyyarədə üç nəfər olub, onlar ölüb.

Digər təfərrüatlar hələlik verilməyib.