Sərnişin təyyarəsi təcili eniş etdi: Ölən var

Aleut adalarında (ABŞ, Alyaska ştatı) sərnişin təyyarəsi təcili eniş edib.

Yenicag.az xəbər verir ki, qəza zamanı təyyarədə  42 nəfər olub. Qəza nəticəsində onlardan 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yaranan nasazlıq olub.