Sərnişindaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ: 50 manata cərimələnə bilərsiniz

Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcəklər.

Bu barədə “Report” un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərlə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir”, – deyə məlumatda qeyd olunub.

COP29