Sərnişindaşıma xidməti göstərən bu şirkət məhkəməlik oldu

Müntəzəm sərnişindaşıma xidməti göstərən “Çinar-Trans” MMC məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, şirkət barəsində Dövlət Yol Polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edilib.

Həmin maddədə deyilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

COP29