!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişini avtobusdan çölə atan sürücü işdən çıxarıldı - Video

!Reklam – Yazi

Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslardan birində sürücü ilə qadın sərnişin arasında insident yaşanıb. Bu gün sosial şəbəkələrdə yayılan görüntü 13 gün əvvəl baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat yayıb.

Bildirilib ki, bir-birinə nalayiq ifadələr işlətdikdən sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Qadın sərnişin sükan arxasında olan sürücüyə hücum edib. Sürücü isə əsəbiləşərək qadını itələyib. Bu zaman qadın müvazinətini itirərək avtobusun qapısından çölə yıxılıb. Nəticədə qadın xəsarət alıb.

Eyvaz Qocayev həmçinin qeyd edib ki, insident şəhərdaxili avtobusda baş verib.

“Artıq sürücünün polis tərəfindən ifadəsi alınıb və o, işdən azad edilib. Qadın sərnişin isə yüngül xəsarət alıb, ambulator müayinə edilərək evə buraxılıb. Hazırda sağlamlığı ilə bağlı heç bir problemi yoxdur”./Teleqraf/

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv