!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edib? - RƏQƏMLƏR

!Reklam – Yazi

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 624,4 milyon sərnişinə xidmət göstərib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı, 13,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 540,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 faiz və 21,3 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 22,4 faiz artıb.

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv