Pilotsuz təyyarə istehsalçılarından “Boeing” 2018-ci ildə sınaq uçuşlarına start verəcək.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, aparılan araşdırmalara əsasən, pilotsuz təyyarə fikri sərnişinlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, aparılan araşdırma çərçivəsində 8 min nəfərlə görüş keçirilib. Araşdırmada iştirak edənlərin yalnız 17 faizi pilotsuz təyyarədən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, hava yolu şirkətləri pilotsuz təyyarələr vasitəsilə ildə 26 milyard dollar qənaət edə biləcək.
Onu da əlavə ki, pilotsuz təyyarə fikri daha çox gənclər tərəfindən müsbət qarşılanıb.