Pakistanın Bəlucistan əyalətində qanlı terror hadisəsi qeydə alınıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, avtobusa hücum edən şəxlərin sayı 20-dən çox olub.
Onlar polis formaları geyiniblər. Ölənlərin hamısının Pakistan vətəndaşı olduğu bildirilir.
Hadisəylə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.